İBRAHİM QARDAŞ

Giriş
İbrahim Hadini hamı tanıyır, sevir və onun kimi olmaq istəyir. İbrahim kimi olmaq üçün əvvəlcə onu yaxından tanımalı, onun kimi yaşamağa çalışmalıyıq. İbrahim iman, savad, fiziki güc, şuxtəblik və digər yaxşı xüsusiyyətləri özündə toplamışdı. Bu kitabımızın qəhrəmanı 21 aprel 1957-ci ildə Tehranda dünyaya gəlmiş, 11 fevral 1983-cü ildə Kumeyl kanalında şəhadətə qovuşmuşdur. Onun bekar qalmaqdan çox acığı gəlirdi, həmişə bir işlə məşğul olurdu; ya dərs oxuyur, ya idman edir, ya ibadət edir, ya da başqa bir iş görürdü. O, həm də yetərincə istirahət edib əylənirdi. Bədəni güclü idi, zorxana, güləş və voleybol idmanlarında çox peşəkar idi. O, on beş yaşında ölkə üzrə güləş yarışlarına dəvət olunmuş, amma mükafatları şahın nümayəndəsinin verəcəyini bilib yarışlarda iştirak etməmişdi. İbrahim dərs, idman və işlə yanaşı, ətrafındakıların qeydinə də qalırdı. Yaxında yoxsul adam yaşayırdısa, ona kömək edirdi. Ehtiyaclı bir insan görəndə laqeyd qalmırdı.
O, inqilabdan sonra bir müddət müəllim işlədi, müharibə başlayandan sonra işini buraxıb cəbhəyə getdi. Təxminən iki il cəbhədə oldu və Vəlfəcr əməliyyatında şəhadətə qovuşdu. Bəs biz İbrahim Hadiyə nə qədər
bənzəyirik?

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button