Həzrət İmam Xomeyninın(r) əzəmətli şəxsiyyəti haqqında insanların bilik və məlumatlılıq səviyyəsinin artırılması və onun dünya miqyasında yaratdığı fövqəladə dəyişikliklərin dərk olun-ması dövrümüzün bütün alimləri, xüsusilə İslam inqilabının böyük rəhbərinin təkid etdiyi bir məsələdir. Çünki bu mühüm məsələ İmamın ali istək və arzuları ilə yekdillik, həmrəylik və həmfikirliyin sürəkliyinin mühüm amili kimi qiymətləndirilir. Digər tərəfdən, İslam inqilabı tarixinin belə çox həssas dövründə İslamın düşmənləri dünyanın müxtəlif millətləri arasında İmamın ilahi düşüncələrinin gündən-günə artan nüfuzunu aşağı salmaq üçün fikri başqa istiqamətə yönəltmə və inqilab qüvvələrini zəiflətmə siyasətini öz gündəlik işlərinə çevirdik-lərinə görə bu sahədə dərin biliklərdən bəhrələnmə zərurəti daha çox hiss olunur. Şübhəsiz, İslamı və İmam Xomeyninin (r) çağırışlarını müdafiə edən o adamlara səadət nəsib olacaq ki, onlar İmamın (r) ilahi vergisindən dərin məlumat almaqla onun ilahi qiyamının ətraflı təhlilinə başlamış və bu sahədə lazımi məlumata və biliyə nail olmuşlar.
Növbəti Kitabı Yüklə
TARİX BAXIMINDAN ŞİƏLİYİN ƏSL OLMASI
İSLAM TARİXİ
ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ
İSLAM TARİXİ
DİNLƏRİN YARANMA MƏNŞƏYİ
Yeni kitablar haqqında məlumat əldə etmək üçün poçt siyahımıza abunə olun.
Bənzər Kitablar
Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close