İNQİLAB TƏLİMLƏRİ

İnqilabın əsas xüsusiyyətləri
1. Xalq inqilabı olması
Bizim barəmizdə, inqilabımız, prinsiplərimiz və fikirlərimiz haqda həddən artıq qərəzli və cahil sözlər danışılmışdır. Bizim inqilabımızda adi inqilablarda mövcud olmayan bir neçə spesifik xüsusiyyət vardır. Mən həmin xüsusiyyətlərdən danışacaq və sonda mesajımızı deyəcəyəm. Birincisi budur ki, bu inqilab hətta başlanğıcda da yüz faiz xalq inqilabı idi; nə silahlı bir partizan qrupunun inqilabı idi, nə siyasi-hərbi bir partiyanın, nə də inqilabçı və azadlıqsevər zabitlər qrupunun. Bu yalnız xalq inqilabı idi. Tamamilə silahsız bir xalq öz vücudu və inqilabçı şüarları ilə Tehranın və başqa yerlərin küçə və xiyabanlarını elə doldurdular ki, hökumət üçün heç bir yer qalmadı. Onlar həm bir-bir, həm də kollektiv şəkildə saraylardan, hökumət binalarından və sonra ölkədən çıxmağa məcbur oldular. Şah, Baş nazir, ordu rəhbərləri, nazirlər və digər yüksək məmurlardan hansı bacardısa, xalqdan qaçdı. Bu onların bir ildən artıq bir müddətdə özlərinin bütün siyasi, hərbi imkanlarından və polis qüvvələrindən istifadə edib xalqı dağıtmağa, evlərinə və iş yerlərinə qaytarmağa çalışmalarından sonra baş verdi. Bu müddətdə minlərlə insan hamının gözü önündə – küçədə, məsciddə, universitetdə və iş yerində öldürüldü, lakin xalqın fəallığı günbəgün artdı. Sonrakı aylarda rejimin qəddarlığı çoxaldı və qarşılığında xalqın izdihamı da artdı. Canından əlini üzmüş xalqın qəzəbi qarşısında dayana bilməyən rejim özünün ən böyük imtiyazını verməyə məcbur oldu: şah getdi. Bundan sonra isə ardıcıl və sürətli geriçəkilmələr başlandı. Hər bir sözü hər adama ruh, ayıqlıq və dərs verən böyük inqilab rəhbəri bütün güclərin sahibi olan Allah-Taalaya güvənərək, xalqın əzəmətli və sarsılmaz iradəsinə arxalanaraq inqilab hökumətini qurdu. Zalım şahın kabineti öz-özünə və başqa yolu olmadan kürsünü tərk edib qaçdı. Son səngərlər əsgər və zabitsiz qalan boş qarnizonlar idi. Onlar da qaçmış və çoxu xalqa qoşulmuşdu. Son anlarda bir neçə qarnizon bir qədər müqavimət göstərdi, amma əbəs idi. Orada da xalq vardı və bu inqilabın möcüzəsi xalqın qələbəsindən ibarət idi. Yalnız qarnizonların süqutundan sonra xalq silah gördü, o zaman isə şah rejimi artıq süqut etmişdi. Bu silahlar inqilabın yeni ağacını qorumaq üçün işlədildi. Güclü və çox silahlı görünən və ən böyük güclər tərəfindən himayə olunan Pəhləvi rejimini məğlub edən, İslam Respublikası quruluşunu yaradan yeganə qüvvə xalq – gənclər, qocalar, qadınlar və kişilər idi. Onların silahı imanları, güclü iradələri, qanları idi və qan xəncərə qalib gəldi. Qanın xəncərə qələbəsi siyasəti belə məzlum müqavimət siyasətidir. Bizim rəhbərimiz inqilabımızın qələbəsindən öncə bunu elan etdi və bunun ilk möcüzəsi təpədən-dırnağa qədər
silahlanmış, Amerika və Qərb tərəfindən tam himayə olunan rejim üzərində qələbə idi. Ondan sonra da elə qələbələr çalındı ki, bəziləri hətta şah rejimi üzərində qələbədən də böyük idi. Bu, ən azı son bir əsrdə misli görünməyən təcrübə oldu. Həm istismar olunan ölkələr, həm də dünyanın istismarçı gücləri buna diqqət
yetirsələr və bu haqda düşünsələr, yaxşı olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button