Əsaslı əqidə və düşüncələr agahlıq üzündən olub-olmamasından asılı olmayaraq hər bir dəyər sisteminin əsasını, mütəşəkkil ideologiyanın bünövrəsini təşkil edir və insanların rəftar, davranış
və əməllərinin formalaşmasına təsir qoyur. Buna görə də islami rəftar və dəyər sisteminin bərqərar edilib möhkəmlənməsi üçün bərəkətli və güclü islam ağacının köklərini təşkil edən əqidə üsulları insanların qəlbində möhkəm yer tutmalıdır ki, onun
ürək oxşayan və şirin meyvələri həmişə yaransın və insanın hər iki dünyadakı səadət və xoşbəxtliyini təmin etsin. Buna görə də islam alimləri bu dinin yarandığı ilk əsrlərdən etibarən əqidə üsullarını müxtəlif şəkillərdə və üslublarla bəyan etmiş, kəlam alimləri (teoloqlar) müxtəlif səviyyələrə uyğun kitablar
yazmışlar. Müasir dövrdə də hər gün zahir olan yeni-yeni şübhələri nəzərə almaqla müxtəlif əqidə kitabları yazılmış və hamının istifadəsinə verilmişdir. Bu kitablar bir-biri ilə tamamiilə fərqli olan iki səviyyədə yazılmışdır. Onların bəziləri sadə bəyanlarla və ümumi səviyyədə olur, çoxlu izahlar verilir, digəri isə çox mürəkkəb bəyanlar, ağır ifadələr və elmi istilahlarla yanaşı olan mütəxəssislər səviyyəsində yazılır. Buna görə də orta səviyyədə tədris olunası kitabların yerində boşluq hiss olunur. Çoxdan bəri dini mədrəsələrdə belə bir dərslik yazılmasına çox ehtiyac duyulur.
