“İSLAM İNQİLABININ 40-cı İLDÖNÜMÜNDƏ 30 İLLİK MÜDRİK RƏHBƏRLİYƏ QISA BAXIŞ”

İmam Xomeyni (r.ə) buyururdu: “Biz Allahın dinini və ilahi hədəfləri
qorumaqda məsuluq.” Şanlı İran İslam İnqilabının əsası, 1342-ci ildə imam Xomeyninin (r.ə) başçılığı ilə qoyulmuşdur. 1342-ci ildən 1357-ci ilə qədər, on beş il ərzində, mərhum İmamın (r.ə) yar və əsgərləri İslam İnqilabının ağacını öz qanlarını hədiyyə verməklə suvardılar və bunun nəticəsində qiyam və cihad fidanları canlandı, böyüdü və inkişaf etdi. İslam İnqilabının böyük rəhbərinin ixlaslı vəfadarları, əzəmətli başçının, mənfur Pəhləvi hökuməti ilə mübarizəsi dönəmində həmişə qanlarını bu yolda hədiyyə etmiş və Allah yolunda cihad etmişlər. Bunun nəticəsində imam Xomeyni (r.ə) hərəkatının möhkəm ağacı 1357-ci ilin Bəhmən ayında, məhsuldar oldu və öz bəhrəsini verdi. İmam Xomeyninin (r.ə), mənfur Pəhləvi rejimi ilə mübarizə zamanı imamət və rəhbərliyi və həmçinin İslam İnqilabının qələbəsindən və müqəddəs İslam Respublikası qurulduqdan sonra, 10 illik rəhbərliyi, inqilabçılar və İran İslam xalqı üçün heç vaxt unudulmayacaq böyük şərəf və iftixardır. İmam Xomeyninin (r.ə) hikmətli və peyğəmbərvari rəhbərliyi vəd edilmiş həzrət Məhdinin(ə.f): “Baş verəcək hadisələrdə bizim rəvayətçilərimizə müraciət edin” göstərişinin bariz nümunəsidir. İmam Xomeyninin (r.ə) zəmanənin tağutunun məhv edilməsində, İslam hökumətinin qurulmasında və Allaha bəndəliyə dəvətində mühüm rolunu, QuraniKərimin ayələri və ilahi övliyaların kəlamlarında müşahidə etmək olar. Müqəddəs İslam dininin 14-cü əsrdə mənfur Pəhləvi rejimi tərəfindən unudulmasından, kənara atılmasından, Amerikanın fitnə və planları əsasında fəsad və fahişəliyi təbliğ etmək, müsəlman xalqının inanclarına lağ etmək və Allah dininin əmrlərini tərk etməklə İslamı həyat səhnəsindən uzaqlaşdırılmasından daha təhlükəli bəla və
hadisə varmı?! İslam və müsəlmanların təhqiri o yerə çatmışdı ki, bir müsəlman şəxs dini vacibatları yerinə yetirmək, məsələn namaz qılmaq istəsəydi, onu geridə qalmış və savadsız hesab etməsinlər və cəmiyyətdən uzaqlaşdırmasınlar deyə bunu gizli şəkildə yerinə yetirməli idi. Ruhanilərlə həmkarlıq etməmək, Amerika və İsrailə bağlı Pəhləvi rejiminin cinayətlərindən xəbərdar olmamaq bəhanəsi ilə dini
etiqadları aradan qaldırmaq və dindar insanları məhkum etmək üçün onlarla başqa nümunələr var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button