Düşmənlərin hərtərəfli basqını qarşısında müdafiə vasitəsi Materialist dünyada düşmənləri hücumdan daşındırmaq üçün hərbi imkanları gücləndirirlər. Müxtəlif böyük güclərin olduğu dövrdə rəqibdən qorunmaq üçün atom silahı istehsal edirdilər. Onlar bu silahın heç zaman işlənməyəcəyini bilsələr də, özlərini qorumaq üçün onu təhdid kimi saxlayır, daxili qüdrətlərini artırırdılar. Bizim daxildə yaratmalı olduğumuz iqtidar isə atom bombası, nüvə silahı istehsal etmək və hərbi imkanları gücləndirilmək deyil. Sözsüz ki, hərbi gücü normal həddə artırmaq lazımdır, lakin bizi müxtəlif səviyyələrdə düşmənlərin hərtərəfli basqılarından qoruyan amil bunlardır: imanı, elmi, texnologiyanı gücləndirmək, günün texnikalarına yiyələnmək, elm istehsalında qabaqcıl olmaq, xalqın və gənclərin istedadlarının müxtəlif sahələrdə – humanitar, təbii və təcrübi elmlərdə çiçəklənməsi, milli birlik və xalq arasında həmrəyliyin gücləndirilməsi. Bir xalqı gücləndirən bunlardır. Xalq bunlarla həm dünyasını gözəlləşdirər, həm də düşmənlərin təhlükəsindən qorunar. Bunlar özünümüdafiə vasitələridir. Biz bunlarla məşğul olmalı və bunları həyata keçirmək üçün məsuliyyət hiss etməliyik.
