İSLAM VƏ YENİ DÜNYA

Yeni dünyada dövlətçilik məfhumu
Doktor Həddad, Vilayəti-fəqih haqqında
Sual:
İmam Xomeyni (r) İslam Cümhuriyyəti – nə bir söz artıq, nə bir söz əskik – ünvanı ilə bir nəzəriyyə bəyan edib. Sırf elmi yox, nəzəri baxımdan bu nəzəriyyəni siyasi quruluşa tətbiq üçün kamil sayırsınız?
Doktor Həddad:
Sualınızı belə anladım ki, inqilabın əvvəllərində İslam Cümhuriyyəti nəzəriyyəsi hökumət yaratmaq üçün kifayət edəcək həddə formalaşmışdı, yoxsa yox? İnqilabın qələbəsindən qabaq cəmiyyətimizdə siyasi fəlsəfə sahəsində az iş görülmüşdü. Siyasi fəlsəfənin inkişafında bir maneə vardı. Dini elm hövzələrində də dini hökumət və siyasi fəlsəfə yetərincə inkişaf edə bilməzdi. Amma İslamda elə əvvəldən dini hökumət ideyası olub. Siyasi İslam fəlsəfəsi və şiəliyin əsas mövzularından olan hökumət, vilayət, rəhbərlik və imamət prinsiplərinin tarixi qədimdir. Ötən iki yüz ildə dini hökumət olmayıb, şahlıq olub. Amma xalq müctehidlərə, din alimlərinə itaət edib. Müctəhidlə hökumət arasında fikir ayrılığı yarananda xalq müctehidin arxasınca gedib.Tənbəki (tütün) hadisəsi misal ola bilər. Həmin hadisə zamanı xalq Nasirəddin şah hökuməti yox, Mirzayi Şirazinin hökmünə tabe oldu. Məşrutə inqilabı zamanı da böyük din alimlərinin göstərişi ilə xalq meydanlara çıxdı, məşrutə qələbə qazandı. Bu münasibət təqlid mərcələrinin hakimiyyətini, vilayətini qəbul etmək deməkdir. Demək, din alimlərinə tabeçilik xalq arasında aşkar hadisə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button