KUMEYL DUASININ ŞƏRHİ

Dua insanın öz tanrısı ilə söhbəti, məxluqunXaliqləəlaqə vasitəsi sayılır. Böyük ariflər duanı mö’mininəməldə tövhidə olan bağlılığı kimi tanıtmışlar. Onagörə də peyğəmbərlər və Əhli-beyt (ə) duayaçoxəhəmiyyət vermişlər. Əhli-beytdən nəql olunmuş dualar arasında“Kumeyl” duası öz ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. Rəvayətlərə görə “Kumeyl”duasıhəzrət Xızr (ə) kimi peyğəmbər və həzrət Əli (ə) kimimə’sum imamın biliyindən qaynaqlanır. “Kumeyl”duasını ilahi, irfani və insani məsələləri açıqlayanəhatəli bir məktəb kimi qəbul edə bilərik. Buduadakıincə həqiqətləri dərk etmək üçün onun hər cümləsininşərhinə ehtiyac vardır. Böyük alim, professor HüseynƏnsariyan lap uşaq yaşlarından “Kumeyl”duasınabağlı bir insan olmuşdur. Bu dəyərli insanxalqınbumisilsiz xəzinədən faydalanması üçün əlindəngələnietmişdir. “Kumeyl” duasına ruhən bağlı olanmüəllifinyazdığı şərh Qur`ani-Kərimə və mö`təbər rəvayətlərəəsaslanır. Ümid edirik ki, bu kitab həqiqətsevər insanlarınbeləbir bərəkətli süfrədən faydalanması üçünuyğunşərhvə yardımçı olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button