Nasionalizm və millətçilik məsələsi iki son əsrlərdə dillərə
düşümüş məsələlərdəndir və onun xüsusunda bir çox kitablar,
məqalələr yazılıb nitq söylənmişdir. Burada məqsədimiz Əllamə Təbətabainin baxışını İslam və Quran nəzərini bəyan etməkdir. Nasionalizm həm müsbət və yaradıcı və həm də pozucu və viran edici ola bilən iki ağızlı bir qılıncdır. İslam millətlərinin ayrılığını istəyən millətçiliyin mənfi yönlərindən bəhrələnmiş onunla bir milyard əhalisi olan müsəlman ölkələri bir-birindən ayırmışdır və xalqlar arasında «panərəbizm», «pantürküzm» və «paniranizm» tayfaçılığını dirçəldərək bu yol ilə islam və iman vasitəsilə birləşən müxtəlif tayfaları bir-birindən ayırmaq istədilər. Biz bu çıxışımızda islamın təsdiq etdiyi nasionalizmin
müsbət cəhətlərinə işarə edirik. Allah qoysa bu çıxış faydalı və səmərəli olacaqdır. Nasionalizm haqla batilin qarışığından yaranmışdır. Onun zəif və güclü nöqtələri vardır: Yaradıcı və pozucu, lakin islam
ölkələrində onun pozuculuq yönü, güclü yönlərindən çox olmuşdur. Qərbin onu islam millətləri arasında dirçəltməyə çalışmasının səbəbi budur ki, onun pozuculuq yönünün vasitəsilə islam birliyini pozmaq, müsəlmanlar arasında ayrılıq salmaq iki qardaş xalqı bir-birinə düşmən və rəqib etmək istəyir, və onların
müsəlman yerinə müxtəlif millətlərə ayrılmalarını arzulayır. İndi həqiqətin üstündən o örtük gütürülsün deyə bir neçə mövzunu xatırladırıq.