MASONLAR

Masonluq adlanan beynəlxalq miqyaslı bir gizli təşkilatın yaranması və fəaliyyəti haqqında Azərbaycan mətbuatında da SSRİ dağıldıqdan, yəni 90-cı illərdən sonra məqalələr görünməyə başladı. Halbuki, bu haqda hələ 70-80-ci illərdə Rusiyanın mətbuat orqanlarında və nəşriyyatlarında nəşr olunmuş müəyyən materiallara rast gəlmək olurdu. Biz burada Lev Nikolayeviç Tolstoyun azərbaycan dilinə tərcümə olunmuş «Hərb və Sülh»
əsərinin (ikinci və üçüncü cildlərdə) bəzi yerlərində masonlar və onların fəaliyyətləri haqqında epizodları oxumuşduq. 70-ci illərdə P.A.Orlovun «Rus sentimentalizmi» (Moskva, 1977), N.N.Yakovlevin «1 avqust 1914-cü il» (Moskva, 1974) əsərləri oxuculara tanış idi. Bu mövzuya maraq getdikcə artdığından 80-90-cı illərdə, tarix elmləri doktoru V.Startsevin «Görünən hakimiyyətin pərdəarxası» (Moskva, 1984) əsəri, «Voprosı istoriya» jurnalının səhifələrində O.F. Solovyevin və M.F.Zubovun məqalələri, A.Ya.Avrexin «Masonlar və inqilab» (Moskva, 1990, 350 s.) və A.Klizovskinin «Masonluq haqqında həqiqət» (Riqa, 1990, 31 s.) əsərləri nəşr olundu. 2000-ci ildən sonra Rusiya bu mövzuya aid daha sanballı və arxiv sənədlərinə əsaslanan əsərlər ortaya qoyuldu. Biz nümunə olaraq
«Masonlar, tarix, ideologiya, gizli kult» [S.P.Melqunovun və N.P. Sidorovun redaktorluğu ilə (Moskva, 2005, 496 s.). Bu əsər «Masonluq keçmişdə və indi» başlığı ilə hələ 1914-1915-ci illərdə nəşr olunmuşdu].
Y.Bequnovun «Masonluğun gizli tarixi» (Moskva, 2007, 704 s.), T.O. Sokolovskayanın, D.D.Lotarevanın «Rus masonlarının gizli arxivi» (M., 2007, 480 s.), S.P.Karpaçevin «Gizli mason ordenləri» (M., 2007, 352 s.)
və O.F.Solovyevin «Rus masonları» (M., 2007, 544 s.) əsərlərini göstərə bilərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button