Bəhsimizin mövzusu materializmə yönəlmənin səbəbləri haqqın-dadır. Hər şeydən əvvəl, bəhsimizin mövzusu olan materializminin bu günkü anlamını açıqlayıb onun hüdudunu müəyyən etdikdən sonra əsl bəhsinizə keçəcəyik. Materializm sözünün, çeşidli anlayışları vardır. Bizim o anlaşların hamısından söz açmağımız bəhsimizin əsas məqsədi ilə uyğun deyildir. Misal olaraq: «Bəziləri materializm dedikdə «maddəni əsl və həqiqət» bilən görüşü qəsd edirlər. Yəni onlar, maddə, insan zehninin törətdiyi bir şey deyil, əksinə, varlığın həqiqətidir» deyə inanırlar. Bu görüş, maddəni insan zehninin törətdiyi bir şey bilən və onun həqiqət olduğunu inkar edən idealizm görüşünün əksinədir. Əgər materializmi bu anlamda təsəvvür etmiş olarsaq o halda müsəlman və qeyri-müsəlman allahçılar materialist sayılmalıdırlar. Çünki onların hamısı maddəni, zaman və məkan qundağında dəyişən, əvəzləyən, hiss olunan subyekt və özündən təsirlər buraxan bir həqiqət bilirlər. Belə bir anlayışda materialist olmaq Allaha inanmaqla heç bir ziddiyyəti olmayıb əksinə maddə və təbiət özü yaranmış bir şey olduğu üçün Allahı tanımağa ən yaxşı vasitə ola bilər. Elə Allahın hikmətli iradəsi də maddənin həmin dəyişilməsi axışında aşkar olur. Qurani-Kərim də maddi varlığı Allahın nişanələri kimi qeydə alır.
![](https://kitaboxu.com/wp-content/uploads/2022/11/yukle.png)