NAMAZ VƏ İBADƏT

ÖN SÖZ

Pərəstiş-aləm zərrələrinin ənginliklərindən qaynayır ki, onun ruhoxşayan ətri hər yerə yayılmış, nuru varlıq aləmini işıqlandırmışdır.

Pərəstiş-insan fitrətinin çağırışı, yaradılışın sirri, bəşərin ən ümdə və ən zəruri ehtiyacıdır.

İbadət peyğəmbərlərin təlimlərinin sərlövhəsi, iman nişanəsidir. Haqq-taalaya ibadət etmək bəşər övladının çata biləcəyi ən yüksək mərtəbədir.

Namaz bütün ibadətlərin başında, islamın təlim-tərbiyə proqramlarının sərlövhəsində dayanır. Namaz Adəm övladlarına bir növ müjdədir. Belə ki, buyurulur: Ey insan, ey hicran odundan qəmgin olan, yer üzünə enməkdən təəssürlənmə: Namaz möminin meracıdır.”

Deməli, insan Allaha ibadət etmə yollarında tam agahlıq və sədaqətlə hərəkət etməlidir ki, özünə layiq olan kamal mərhələlərinə nail olsun.

Rəsəd adəmi be cayi ki, be coz Xuda binəd

“Namazın bərqərar edilməsi” qurumu Haqq-taala qarşısında ibadətin gerçəkləşməsi və onun ən bariz nümunəsi olan namazın təqdim olunmasında çalışır. Bu qurum ayrı-ayrı insanların öz Yaradanları ilə birbaşa və dərin rabitəsinin bərqərar olunmasını özünə bir hədəf seçmiş və qərara alıb ki, bu mərhələlərin qət olunmasında Allahın layiqli bəndələrindən birinə əl açsın və ondan kömək istəsin.

Buna görə də mərhum İmamın ömrünün hasili olan Şəhid Ustad Mürtəza Mütəhhəri (r.ə)-in həmişəyaşar və nəfis kitablarına üz gətirdik ki, onun, islam maarifinin sonusuz dəryasında mahircəsinə üzgüçülüklə əldə etdiyi dəyərli gövhərləri əziz oxuculara təqdim edək.

Şəhid Ustad Mürtəza Mütəhhərinin öz kitablar məcmuəsində və çıxışlarında namaz ilə əlaqədar qeyd etdiyi mətləblərin və bəhslərin tənzim edilib bir yerə yığılması məsuliyyəti fəzilətli tələbə həzrət höccətütl-islam vəlmüslimin Hüseyn Vaizi Nəjadın öhdəsinə qoyuldu.

Qarşınızdakı kitab Şəhid Mürtəza Mütəhhərinin pərəstiş, ibadət və namaz məsələləri ilə əlaqədar olan söhbət və yazılarının mətnindən ibarətdir. Başqa sözlə desək, sanki bu kitab Şəhid Mürtəza Mütəhhərinin əsərlərinin həmişəbahar gülüstanından seçilmiş bir dəstə gülə bənzəyir. O, müxtəlif mərhələləri qət etdikdən sonra hazırkı şəklə salınmış və üç hissədən: pərəstiş, ibadət və namaz hissələrindən tənzim edilmiş, axırda da Şəhid Mürtəza Mütəhhərinin ibadət cilvələrindən bəzilərini qeyd etməklə sona çatdırılmışdır.

Müəllif bu kitabda çalışmışdır ki, mətləblər Şəhid Mürtəza Mütəhhərinin əsərlərindən olduğu kimi nəql edilsin. Çox az hallarda onun mətnində cüzi dəyişikliklər edilmişdir. Belə ki, mətləbin tənzim olunması, yaxud Ustadın söhbətlərinin vərəq üzərinə gətirilməsi zamanı ünvanı olmayan mətləblərdə bəzi dəyişikliklər edilmişdir.

Ustadın əsərlərindən nəql olunan mətləblərin mənbələri kitabın adı və səhifəsinin nömrəsi kitabın vərəqaltı haşiyələrində gül işarəsi ilə (*) göstərilmişdir.

Bunu da nəzərə alaq ki, hazırkı kitab Ustadın çoxlu əsərlərinin məcmuəsindən, danışıqlarından və pərakəndə şəkildə olan yazılarından cəm edildiyinə görə təbiidir ki, özünəməxsus səciyyəvi xüsusiyyətləri də vardır.

Biz əminik ki, Ustadın özü ibadət və namaz barəsində müstəqil bir kitab yazsaydı onun sair əsərləri kimi tənzim olunma və əhatəlilik baxımından daha yüksək dəyərə malik olardı.

Ümidvarıq ki, hazırkı məcmuə Ustad Şəhidin xalis və sədaqətli ibadəti bərəkətinə faydalı olsun və bizim ibadətimizdə də bizə yol göstərsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button