QURANİ-KƏRİMİN ƏRƏBCƏSİ VƏ AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ VƏ ŞƏRHİ
Mütəhəbdir ki, möminlər Quranı oxuyub sona çatdırmağın şükrü olaraq və onun tamamlanması qaydalarına riayət etmək üçün mərhum Şeyx Tusi və Həsən ibn Fəzl Təbərsinin həzrət Əmirəl-möminin Əlidən (ə) nəql etdikləri bu duanı oxusunlar.
İlahi! Qəlbimi Quranla (onun bərəkəti ilə) genişləndir! Bədənimi Quranla (onun göstərişləri istiqamətində işlət!
Gözlərimi Quranla (onun nuru ilə) işıqlandır!
Dilimi Quranla (onu oxumaqla) aç!
Nə qədər ki,sağam, mənə ona əməl etməkdə kömək ol!
Sənin köməkliyin olmadan heç bir hərəkət və qüvvə yoxdur!
İlahi! Səndən aşiqlərin eşqini, yəqin əhlinin ixlasını yaxşıların yoldaşlığını, imanın həqiqətlərinə ləyaqət, bütün xeyir işlərdən pay, hər bir günahlardan aman, Sənə layiq rəhmətini, qəti bağışlmağını, Cənnətə nail olmaq və Cəhənnəm odundan nicat istəyirəm!