RƏCƏB AYININ ƏMƏLLƏRİ

“Rəcəb ayının fəzilətləri”
Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhlibeyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305 – 381 hq) “Fəzailu-əşhuris-səlasə”  – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır. Belə ki, Şeyx Səduq bu kitabda üç mübarək ayın (Rəcəb, Şəban və Rəməzan) fəzilət və əməlləri barəsində 158 hədis hədis rəvayət etmişdir ki, biz “Rəcəb” ayının daxil olması münasibətilə, bu ayın barəsində olan 18 hədisi tərcümə edib, sizə təqdim edirik.

“İmam Rza (ə) buyurur: Kim Rəcəb ayının birinci günü Allahın savabını əldə etmək üçün oruc tutsa, Allah-taala cənnəti ona vacib edər. Kim bu ayın ortasında oruc tutsa, Rəbiə və Müzər tayfaları qədər insanları (yəni çox sayda insanı) şəfaət edər. Kim bu ayın axırında oruc tutsa, Allah-taala onu cənnət şahlarından qərar verəcək və onun şəfaətini ata-anası, oğul-qızı, bacı-qardaşı, bibi, xala, əmi, dayı, qonşuları və tanıdıqları barəsində, əgər onlar oda layiq olsalar da belə, qəbul edəcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button