ÖN SÖZ
İlahi kitabların sonuncusu olan və bütün əsrlərə xitab edən
Qurani-kərim bəşəriyyəti aydınlatmaq üçün göndərilən nurdur.
Bu misilsiz kitab insanların inadını qırmaq, əvvəlcədən formalaşan
baxışlarını dəyişmək, onlara “görünənin arxasındakını göstərmək”
üçün ən mənalı, ən gözəl ecazkarlıq nümunələri ortaya qoyur.
Nüzulundan bəri Quran bir çox elmlərin ilham qaynağı olmuşdur. Onun sayəsində böyük İslam mədəniyyəti ortaya çıxmışdır. VII əsrdən bəri onu anlamaq və anlatmaq üçün milyonlarla, hətta milyardlarla əsər yazılmıdır. Hər kəs bu böyük dəryadan öz
gücü nisbətində bir damla almağa çalışmışdır. Lakin heç kəsə bu dəryanın dibinə çatmaq nəsib olma-mışdır. Bu kitab da, Azərbaycan oxuyucusuna, xüsusilədə da ilahiyyat elmləri ilə məşğul olanlara Quran dəryasından bir damla almağa yardım etməyi qarşısında məqsəd qoymuşdur. Kitab giriş və üç fəsildən ibarətdir. Giriş qismində Quranın tarix səhnəsinə çıxışı, Quran nüzul olmadan əvvəlki Ərəbistan yarımadası və Məkkədəki dini, siyasi, iqtisadi və sosial vəziyyət barədə məlumat verilmişdir. Burada eyni zamanda təfsir, təfsir üsulu terminləri və təfsirə mənaca yaxın olan digər kəlmələr ələ alınmışdır. “Quran və Vəhy” adlanan birinci fəsildə, vəhy və vəhyin mahiyyəti, Qurani-kərim leksik və terminoloji mənası, Quranın
fəsilləri, Quranın əsas mövzularından bəhs olunur. Quranın kitablaşması, qiraət və yeddi hərf məsələləri, Quranın tərcüməsi mövzuları da bu fəsildə incələnmişdir. “Quran Elmləri” adlanan ikinci fəsildə isə əsbabün-nüzul, nəsx, mütəşabeh ayələr,hürufu-müqəttəə, qəribul-Quran, Qurandakı müşkil, mücməl və mübhəm ayələr, Quran qissələri, əqsamulQuran, əmsalul-Quran və s. kimi Quran elmlərindən söhbət açılmışdır. “Təfsir Tarixi” adlanan üçüncü fəsildə isə təfsirin meydana çıxması və tədvinindən, Rəsulullahın, səhabilərin və tabeunun təfsir metodlarıdan, təfsirin mənbələri və növlərindən, müxtəlif təfsir cərəyan-larından bəhs olunmuş, eyni zamanda Quranın anlaşılması və təfsiri üçün zəruri olan mühüm məsələlərə toxunulmuşdur.