Uşağın xüsusiyyətləri
Pak və kamillik axtaran fitrət Dünya uşaqları həyatın pak fitrət toxumları və ümidverici tumurcuqlarıdır. Bütün uşaqlar pak və kamillik axtaran fitrətlə doğulurlar.
Taleyin təyin olunması
Uşaqlıq dövrü başqa bir cəhətdən həssasdır. Mən qəbul edirəm ki, bizim tərəf-müqabillərimiz uşaqlar olsalar, işimiz ağır olmaz. İnsanın yetkinlik dövründəki taleyi onun uşaqlıq çağında təyin olunur.
Şəxsiyyətin formalaşması
Şəxsiyyətin formalaşması, məntiq və dil istedadlarının inkişafı, emosional balans və ictimai əlaqələr qurma bacarığı baxımından uşağın həyatının ilk altı ili böyük əhəmiyyətə malikdir. Demişlər ki, orta məktəb dövrünün sonundakı gəncin nailiyyətlərinin yarıdan çoxu onun məktəbə girməzdən qabaqkı illərinə
aiddir.
Ən çox təsirlənən insan
Uşaq həm gələcək məhsulların yeni ağacı, həm də müsbət və mənfi olmasından asılı olmayaraq, təbii və mənəvi amillərdən ən çox təsirlənən insandır.
Uşağın güclü təsirlənməsi
Uşağın güclü və həssas təsirlənməsi çox sonuclu bir təsirlənmədir. Yəni onun uşağın taleyinə təsirləri olduqca çoxdur. Odur ki, bu məsələni nəzərə almaq lazımdır.
