VƏHHABİLİYİN SİYASİ TARİXİ

İslamın əbədi ayini coğrafi cəhətdən Asiyanın cənub-qərbindəki quru və yandırıcı iqlimə malik olan Ərəbistan diyarında (610-cu miladi ilində) zahir oldu. Bu diyarın əhalisi İslamdan öncə cahiliyyət dövründə yaşayırdılar. Böyük əksəriyyət çirkin və insanlığa yaramayan əxlaqa malik idi. Ərəb cəmiyyətlərinə hakim olan qəbilə icması şəklində olan həyat tərzinin əsas xüsusiyyətlərindən biri daim çarpışma, müharibə və qan axıtma idi. Amma İslam dini zühur edərkən qəbilə icması formasında olan yaşayışa hörmətlə yanaşdı. Belə ki, İslam cahil ərəblərə onların qeyri-insani əməl və əqidələrinin tərk olunması üçün müəyyən yollar təyin etdi və sonuncu peyğəmbər Həzrət Məhəmməd (s) vahid bir ümmətin, nurani bir cəmiyyətin yaradılması üçün yol göstərdi. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) iyirmi üç il ərzində insanları İslam dininə dəvət etdi. O, təzə müsəlman olmuş cəmiyyətin genişlənib inkşaf etməsi və tərəqqiyə çatması üçün özünün var-qüvvəsi ilə çalışdı və cəmiyyətdə dərin dəyişikliklər yarada bildi.

Allah tərəfindən göndərilən sonuncu Peyğəmbərin (s) vəfatı ilə bünövrəsi təzəcə qoyulmuş İslam cəmiyyətinin vəziyəti tamamilə dəyişdi, Əhli-beytin (ə) hüquqlarının tapdalanması ilə yeni-yeni çətinliklər yarandı.

Bəni-Saidə səqifəsində baş verən hadisələr İslam ümmətində sonrakı təfriqələrin və nifaqların çoxunun mənşəyi oldu, Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) vəfatından sonra onun haqq canişini olan Həzrət Əlinin (ə) Qədir-Xumda təyin olunan məqamı unuduldu və o Həzrət (ə) iyirmi beş il müddətində öz haqqından məhrum qaldı.

O Həzrət (ə) bu müddət ərzində xəlifələrin (Əbu Bəkr, Ömər və Osman) işlərinə ciddi şəkildə nəzarət edir, daim onların həqiqi İslam yolundan çıxmalarının qarşısını alırdı. İnsaf və ədalət simvolu olan Həzrət Əli (ə) 35-ci h.q ilində müsəlmanların israrı ilə xilafətə çatdıqda, onun ədalətinə tab gətirə bilməyənlər müxalifətçiliyə qalxdılar. Nəhayət təəssübkeş və quru müqəddəslər (xəvaric) tərəfindən şəhid edildi.

Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) vəfatından sonra İslam cəmiyyətində baş verən dəyişikliklər, bir-birilə müxtəlif düşüncələrə və rəylərə malik olan firqələrin yaranmasına səbəb oldu və bu da öz ardınca çoxlu yeniliklər gətirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button