Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Salavat və salam olsun bütün
məxluqatın üstünü olan həzrət Muhəmmədə və onun pak, təmiz və məsum olan Əhli-Beytinə; hansılar ki, Allah hər növ pisliyi onlardan uzaqlaşdırmış, onları bütün növ çirkinliklərdən təmizləmişdir; habelə salavat və salam olsun həzrət Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) yaxşı və üstün səhabələrinə və qiyamətə qədər iki ağır əmanət olan Quran və itrətin yoluna tabe olan kəslərə. Oxucu qardaşım, qarşındakı bu kitab on iki imam şiələrinin başda Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhis-səlam) olmaqla ümumən Əhli-Beytin (əleyhimus-səlam) imamətinin isbatına dair əsaslandıqları dəlillər barədə Şeyx Osman əl-Xəmisin “Hiqbətün minət-tarix” (“Tarixdən bir dövr”)1
adlı kitabında qeyd etdiyi bir sıra şübhələrə cavabdır. Mən bu kitabda onun bu mətnləri istər sənəd, istərsə də dəlalət baxımından gözdən salmaq cəhdlərinə cavab vermişəm. Müvəffəqiyyət əta etdiyinə görə uca olan Allah həmd olsun.
Həsən Abdullah