Bismillahir-Rəhmanir-Rəhim.
Sizi düşündürən sualları yazın. Mən də lazım bildiklərimi sonradan
deyəcəyəm. Amma ürəyim istəyir əziz tələbələr sual versinlər, mən cavablandırım. Deyilənlərin hamısı olmasa da, heç şübhəsiz, bəzisi faydalı olacaq. Mənim vaxtım çoxdur. Bugünkü vaxtım bu iş üçündür, bu gün axşama qədərki bütün işlərimi kənara qoymuşam. Amma bilirsiniz ki, suallar çox olacaq. Təbii ki, dayanmadan sual verilir və mən zamanın imkan verdiyi həddə bu sualların ancaq bəzisinə cavab verə biləcəyəm. Amma qalan sualları aparsam və dostlar tənzimləsələr, sonradan cavab verib sizə qaytarmaq olar. Dəqiq söz vermirəm, amma buna çalışacağam. Əgər baş tutsa, çox yaxşı olar.
Bəsic üzvlüyünün dəyəri
Sual: Bəziləri Bəsicin hərbi qurum olduğunu və digər buna bənzər fikirləri ortaya atıb, onun universitetlərdə olmasına etiraz edirlər. Sizin fikriniz nədir?
Cavab: Xeyr! Bəsic qətiyyən hərbi təşkilat deyil. Bəsic – xalq deməkdir. Ola bilsin, mən də onun üzvü olum, amma hərbçi deyiləm. Universitetlərdə, zavodlarda, elm hövzələrində, idarələrdə – hər yerdə Bəsic var. Bu, hərbi təşkilat deyil. Tələbələrin Bəsicə üzv olmalarının da heç bir eybi yoxdur. Bu hətta dəyərli işdir. Hamı Bəsicə qoşula bilər.
