VİLAYƏT BAĞÇASI 7-Cİ CİLD

Bismillahir-Rəhmanir-Rəhim.
Müəllim Günü və Müəllim Həftəsi hər il mənim üçün mənalı və məsuliyyətli gün və həftələrdən sayılır. Bu il iş belə gətirdi ki, biz müəllimlərlə bu görüşdə Şirazda olduq, Şirazda və Fars vilayətində müəllimlik edən siz əziz qardaş və bacılarla görüşmək səadəti bizə nəsib oldu. Bu, xoş təsadüfdür və demək lazımdır ki, sizin vilayətiniz və şəhəriniz bir çox sahələrdə digərləri üçün müəllim rolunu ifa etmişdir. Fiqhdə, fəlsəfədə, ədəbiyyatda, şeirdə, incəsənətdə və digər fənlərdə Şiraz alimlərindən, Şiraz müəllimlərindən öyrənməyən görkəmli alim azdır.
Müəllimin dəyəri və ictimai kimliyi
Müəllim Günü sizin gününüz və bir mənada bütün İran xalqının günüdür. Çünki müəllimin şəxsi kimliyindən əlavə, öyrənilə bilən bütün insanlara məxsus bir müəllimlik kimliyi də var. Müəllimin ictimai kimliyi var; dəyəri də onun ictimai müəllimlik kimliyinə görədir. Biz etiraf etməliyik ki, bu məsələ üzərində az işləmiş və əməldə müəllim üçün maddi cəhətdən – yəni dərsin pula çevrilmə qabiliyyətindən
başqa bir dəyər tanımayan mədəniyyətə və şəraitə təslim olmuşuq. Maddi sivilizasiyanın mədəniyyəti budur: dəyərləndirmə meyarı hər bir şeyin pula çevrilmə qabiliyyətindən ibarətdir. Müəllim də o mədəniyyətdə birbaşa, yaxud dolayısı ilə pul düzəldə bildiyi qədər möhtərəmdir. Biz – İran xalqının elm və mədəniyyət xadimləri bu yanlış ənənəyə təslim olduq; halbuki İslam məntiqində məsələ bunun fövqündə
durur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button