VİLAYƏT BAĞÇASI 1-Cİ CİLD

Ölkə gələcəyinin təməli
Bütün xalqımızın, xüsusən də siz gənc, tələbə və mütəfəkkirlərin əziz imamımızın yoxluğundan doğan ağır və kədərli günlərində, ölkənin siyasi həyatının həssas dönəmində ortaq itkidən doğan birlik sayəsində, Allaha şükür olsun ki, ölkəmiz səmimiyyət içindədir. Bu mənəvi və səmimi mühitdə yaxşı olar ki, ölkənin ən əsaslı və ən zəruri məsələləri haqda danışılsın, ölkənin ən aparıcı təbəqələri inqilabın və ölkənin gələcəyi, quruluşun düzgün istiqaməti, aydın və işıqlı ideallar haqda bir daha düşünsünlər, qəti qərara gəlsinlər və əziz imamımızın sayəsində çıxdığımız yola davam edək.
Hidayət edən şəxsiyyət
Həqiqət budur ki, bu böyük insan, tarixin bu möhtəşəm şəxsiyyəti böyük ruhundan və aydın qəlbindən qaynaqlanan həyat, varlıq, hərəkət, yaradıcılıq və rəhbərliyi ilə, həmçinin özünün təntənəli ölümü və ruhani
aləmə məxsus pərvazı ilə inqilaba, İslama və müsəlmanlara xidmət etdi. Bu böyük insanın şəxsiyyəti uzun illər İslam ümmətinə dərs, nümunə və örnək olacaq. Bu əsaslı məsələlərdən biri universitetə, tələbələrə, elm və tədqiqata aid məsələlərdir. Ümumi cəmiyyətdə bu barədə ciddi düşünülməli və qəti qərar seçilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button