YENİYETMƏLƏR ÜÇÜN YOL AZUQƏSİ

İnsan vücudundakı uyğun üç mərhələni və cəmiyyətimizin böyük bir hissəsinin gənclərdən təşkil olunduğunu nəzərə alsaq, yazıçılar və mədəniyyət sahəsində xidmət göstərən insanlardan bu nəslin istedadlarının çiçəklənməsi və onların İslam maarifi ilə tanış olması üçün ciddi və səmimi təlaşlar gözləməliyik. Gənc nəsil bu məmləkətin gələcəyidir. Onların düşüncə və mənəvi ehtiyaclarının məntiqi və sadə bir dillə aradan qaldırılması üçün səy göstərilməlidir. Bu məqsədlə müəllif əziz yeniyetmələrin İslam maarifinin
əsasları ilə tanışlığı və onların bu sahədə ehtiyaclarının cavablandırılması üçün əqidələr, əxlaq və əhkam hissələrindən ibarət hazırkı kitabı tərtib etmişdir.
Oxuculara  Öncə də belə bir kitab hazırlanıb oxuculara təqdim olunmuşdu. Böyük ustad cənab Ayətullah-üzma Musəvi Ərdəbilinin baxışları və fətvaları əsasında tərtib olunmuş hazırkı kitab isə başqa bir üslubda hazırlanaraq əziz yeniyetmələrin ixtiyarına verilir. Bu məcmuənin hazırlanmasında öz həmkarlığını və
tövsiyələrini əsirgəməmiş əzizlərə, xüsusilə cənab Məcid Mərdaniyə zəhmətlərinə görə təşəkkür edirik.
Ümid edirik ki, Allah-taala bu əsəri insaniyyət və kamillik yolunda gənc nəsil üçün yol azuqəsi buyursun, onlara tövfiq və yardım əta etsin ki, öz mütaliələri ilə insaniyyət nemətindən bəhrələnsinlər, öz gələcəklərini qurmaq üçün İslam elmləri və maarifindən faydalansınlar.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button