İlyas başqalarının ona qarşı fikirlərini dəyişdirməyə çalışan məyus və tənha bir gəncdir. O, dayısının təhqirlərindən bezərək tənha və kimsəsiz bir gəncə çevrildi. Ananın başqaları qarşısında ona çoxlu diqqəti İlyasın qürurunu sındırıb və indi o, ana uşağı olmadığını və qabiliyyətli olduğunu hamıya sübut etmək üçün yol axtarır.
İlyas bu fikirdə ikən, quyu qazan Hacı Qulam Hüseyn, Qumdan İlyasın yaşadığı kəndə gəlib onu yeni bir aləmlə tanış edir. O aləm ki, oraya daxil olmaq üçün şücaət və igidlik tələb olunur. Hac Qulam Hüseyn ilə tanışlıq İlyasın həyatında yeni və gözlənilməz hadisələrə səbəb olur.