XÜMSUN HÖKMLƏRİ

Sorğu-sual insan yaranışının başlağıcından özünü göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını göstərmişdir. Əmirəl-mö`minin həzrət Əli (ə) necə də gözəl buyurmuşdur:

Yerdən cücərirsə həm gül, həm tikan,
Sual da, cavab da elm babından.

Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır. İslami ölkəmizin iftixarlarından biri budur ki, bir tərəfdən pak qəlbli, kamillik sorağında olan, həqiqətlə maraqlanan gənclərimiz çoxdur, digər tərəfdən çox dəyərli ayinlərimiz var. Bu ayinlərdəki uca maarif suallarına cavab axtaran təşnə qəlbləri sirab edir. Elm və mədəniyyət mərkəzinin müşavirə və sorğu qurumu aktual sualları cavablandırmaq və yaşıl elm nihalını bara-bəhrəyə gətirmək üçün məclis təşkil etdi. Alim və düşüncəli gənclərimiz üçün səbir daşı ola bilsək iftixar duyarıq.
Qeyd olunmalıdır ki, dini mədəniyyətin genişlənməsi istiqamətində rəhbərlik məqamının nümayəndəliyi
universitetlərdə elmi qruplarla həmkarlıq edərək 50 mindən çox tələbə sorğusunu cavablandırmışdır. Bu idarə 8 elmi və mütəxəssis qrupdan ibarətdir: Qur`an və hədis qrupu; əhkam qrupu; fəlsəfə qrupu; tərbiyə və psixologiya qrupu; siyasi təfəkkür qrupu; mədəni və ictimai qrup; tarix qrupu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button