İMAM ZAMANLA (Ə.F) GÖRÜŞƏNLƏR

Bilmirəm İmam Zaman (ə)-ı qeyb dövründə görməyin və hüzuruna nail olmağın mümkünsüzlüyünü deyənlər, hansı dəlillərə istinad edirlər? Nə üçün vücudu adi insanlar kimi ət və sümükdən ibarət olan və insanlar arasında yaşayan bir şəxsin görünməsi qeyri-mümkün olsun? Axı, bu qədər böyük alimlərin, ilahi övliyaların və Həzrətin (ə) sadiq tərəfdarlarının onu gördük-ləri barədə söylədiklərini belə asanlıqla inkar etmək olarmı?! “İmam Zaman (ə)-ı görmək olmaz!” – deyənlər heç bilirlərmi ki, belə yanlış və əsassız iddia ilə onun düşmənlərinə nə böyük kömək etmiş olurlar?! Onlar heç bilirlərmi ki, əgər müsəlman icması Həzrətin (ə) görülməsi mümkünlüyü barədə şəkkə-şübhəyə düşərlərsə, hətta onun mövcudluğunu sübuta yetirən əsaslı dəlillərdən birini əldən vermiş olarlar?! Bə`zən deyirlər: “Bir sıra rəvayətlərdə İmam Zaman (ə)-ı görənlərin iddiaları təkzib və inkar olunmuşdur.” Onlardan soruşmaq lazımdır ki, dediyiniz rəvayətlər haradadır? Axı nə üçün biz onları görməmişik?! Nə üçün həmin rəvayətləri yalnız onu görməyə nail olmayan şəxslər görməlidirlər? Aparılan araşdırmalar nəticəsində yalnız bir rəvayət, nisbətən diqqəti özünə cəlb edir. Lakin onun da məzmunu qəlbləri kor olanların güman etdikləri kimi deyildir. Bu müqəd-dəs sətirlər, İmam Zaman (ə)-ın dördüncü naibi Əli ibn Məhəmməd Səmuriyə  ölüm ayağında olarkən Həzrət tərəfindən təqdim olunmuşdur: «Bağışlayan və rəhm edən Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səmuri! Allah sənin müsibətində şiə qardaşlarının savabını artıq etsin. Sən altı gün-dən sonra vəfat edəcəksən. İşlərini yekunlaşdır və canişinlik məsələsini, artıq kimsəyə vəsiyyət etmə. Çünki, bundan belə böyük qeyb başlanır və Allahın izni olmayınca zühur baş verməyəcək. Bu iş qəlblər daşa dön-dükdən, yer üzünü zülm və ədalətsizlik bürüdükdən, yə`ni uzun müddətdən sonra baş verəcək. Tərəf-darlarımızdan elələri olacaq ki, bizimlə əlaqədə olduqlarını və görüşdüklərini iddia edəcəklər. Bil ki, kim Süfyaninin zühurundan və göydə qopan dəhşətli səsdən əvvəl bizimlə görüşdüyünü iddia edərsə, yalan demiş və iftira söyləmişdir. Və o böyük və əzəmətli Allahdan başqa güc və qüdrət sahibi yoxdur…»

BƏYƏNİLMƏ

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button