RAMAZAN AYININ ƏMƏLLƏRİ

İslam aləmində mübarək Ramazan ayı möminlər tərəfindən böyuk və şərəfli garşılanır. Çünki bu ay, ən müqəddəs ibadətlərdən hesab olunur. Ramazan ayı Allah dərgahında o biri aylardan üstündür. Ramazan ayında əzəmətli fəzilətlər və mühüm hadisələr ən əsas yeri tutur. Bu hadisələr içərisində insanlara sevinc bəxş edəni də, kədərləndirici olanı da vardır ki, onları Sizin
üçün qeyd etmək məqsədəuyğun olardı. Ən ümdəsi, insana hidayət yolu göstərən, onu dünya və axirət əzabından xilas edən və nəticə etibarilə, İslamın əbədi möcüzəsi olan Qurani-kərimdir. İkincisi, ibadəti min aydan üstün olan, Rəsulullah (s)-ın ümmətinə rəhmət olaraq göndərilmiş, Allahın təyin etdiyi mübarək Qədr gecəsidir. İnsana sevinc bəxş edən hadisələrdən; şanlı Bədr döyüşünün və İmam Həsən (ə)-ın mövludunun bu aya təsadüf etməsidir. Kədərləndirici hadisələrə gəldikdə isə, qadinlardan Allaha və peyğəmbərinə ilk olaraq iman gətirən, möminlərin anasi Xanım Xədiceyi-Kübranın, kişilərdən isə möminlərin əmiri, həzrət Peyğəmbər (s)- in sadiq qardaşı,
haqqı batildən ədalətlə ayıran, axirət gününün şəfaətçisi imam Əli (ə)- ın vəfatının məhz bu aya təsaduf etməsidir. Belə ki, o həzrət (ə)- in zərbətləndiyi an səmadan “And olsun Allaha ki, hidayətin sütunu çökərək dağıldı” sədasının ucalması da adi bir hal deyildi. Bu hadisələrəirəlidə geniş yer verəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button