Hövzənin bu gününün və gələcəyinin araşdırılması.
Mövzu seçimində tərəddüd etmədim. Demək üçün söz var. Lakin mənim demək istədiyim və bu faydalı imkandan istifadə üçün tərcih etdiyim söz, fikrimcə, belə bir məclisdə deyiləcək hər bir sözdən əhəmiyyətli və lazımlıdır. Bu söz elm hövzəsi, ruhani cəmiyyəti, böyük və saleh bəndələrin əli ilə bu yerdə qurulmuş uca elm, din, təbliğat və hidayət mərkəzi barədədir. Mənim mövzum hövzənin bu günü və gələcəyi haqqında olacaq.
Şiə elm hövzəsinin şərəfli tarixinə bir baxış
Bu gün adını fəxrlə çəkdiyimiz Qum Elm Hövzəsi əslində hövzələr tarixi boyunca şiə hövzələrinin seçilmişi və xülasəsididir. Yəni ikinci əsr insanlarından və ən azı, üçüncü hicri əsrinin əvvəllərindən elm hövzəsi adlı mərkəzlər təsis olundu. Qum hövzəsi qumlular dövründə, yəni son üç imamın – həzrət Cavad (ə), həzrət Hadi (ə) və həzrət Əsgərinin (ə) dövründə sözün həqiqi mənasında bir elm hövzəsi olmuşdur. Orada dərs, müzakirə, tədqiqat, nəşr, tədris və təhsil görünür. Bununla yanaşı, Mədinə, Kufə və digər şəhərlərdə imamların ətrafında olan səhabə, hədisşünas və elm daşıyıcılarından keçir, bu mərkəzlərə elm hövzəsi terminini şamil etmirik. Buna əsasən, bizim elm hövzələrimizin ən qədimi bəlkə də bu Qumdur. Orada Əşərilərin, Babuyə ailəsinin və digərlərinin əsərləri bu günə qədər qalmışdır. Düzdür, ondan sonra elm hövzəsi belə əzəmətli qalmamışdır, dünyanın digər yerlərinə, misal üçün, İslam dünyasının şərqinə, Mavəraünnəhrə və Xorasanın şərqinə köçürülmüşdür. Şeyx Əyyaşi, Şeyx Kəşşi, səmərqəndilər, nəsailər,
adlarını hədisşünasların, rəvayətçilərin və müəlliflərin sırasında tanıdığınız digər şəxsiyyətlər oralarda yaşamışlar. Həmçinin Şeyx Müfidin, ondan sonra Seyid Mürtəzanın və Şeyx Tusinin hövzəsi olan
Bağdad hövzəsi, təxminən 450, 448, yaxud 449-cu ildə Şeyx Tusinin Nəcəfə hicrəti, fiqh, hədis və digər İslam elmlərinin tədrisi üçün bir mərkəzin təsis edilməsi ilə başlayan Nəcəf hövzəsi dövrləri də
mühüm tarixi dövrlərdir.
