EY ATA, EY ANA, BİZ MÜTTƏHİMİK!

MƏHƏLLƏ BOYDA DÜNYA
Şübhəsiz ki, biz ‒ Əhli-beyt ardıcılları öz zamanımız və xalqımız qarşısında cavabdehik. Xoşbəxtlikdən, cəmiyyətimizin e᾽tiqadlı insanlarının əksəriyyəti çox qapalı bir mühitdə yaşayırlar. Bu qruplar ətrafda baş verən hadisələrdən xəbərsiz qaldıqları üçün onların vicdanı sakitdir. Onların məs᾽uliyyəti yüngüldür və ətrafda hər şeyin qaydada olduğunu zənn edirlər. Bu sayaq çərçivədə yaşayan insanın qarşısına elə bir problem çıxmır ki, həmin şəxs
məs᾽uliyyət hiss edə bilsin. O, öz dini işləri ilə məşğuldur. Onu əhatə edənlərin də əksəriyyəti dindardır. Onlar dini məclislər keçirir, namaz qılıb dua oxuyur, müxtəlif dini ayinlər icra edirlər. Bu e᾽tiqadlı ailələr arvadlı-kişili, oğullu-qızlı öz dini vəzifələrini bilir və həmin vəzifələrə əməl edirlər. Ona görə də bu insanlar bir çox problemlərdən azad olurlar. Bu kiçik cəmiyyətlərdə özünü, yolunu, sözünü və düşüncə tərzini dəyişmək üçün hər hansı təcavüz yoxdursa, bu cəmiyyətlər sakit və xoşbəxt həyat sürürlər. Onlar xüsusi bir fəzada nəfəs alır və zərrəcə iztirab çəkmirlər. Amma, mənim də aid olduğum bir qrup insan başqa mədəniyyətlər və düşüncələrlə tanış olub əsrə bağlandıqlarından, digər ictimai-siyasi fikirlərdən tə᾽sirlənir və başqa bir aləmdə yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button