GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR

Rəhman və RəhimAllahın adı ilə
Hazırda sənaye ölkələrinin böhrana ən çox mə`ruz qalmış ictimai dayağı ailədir. Başqa sözlə, son bir neçə əsrdə düşüncə, əxlaq, mədəniyyətlə bağlı dəyişikliklər daha geniş şəkildə ailə fəzasında müşahidə olunur. Müasir insanın ruhiyyəsini qərb ailəsinin tim-salında əhatəlişəkildə görmək mümkündür Qərb dünyasındakı ictimai proseslərin incəlikləri ilə tanış olanlar gözəl bilirlər ki, həmin qitədəki ailə dağıntıları bir çox həllolunmaz problemlər yaratmışdır. Məşhur Amerika nəzəriyyəçisi Elvin Tafler mövcud böhranların yaranmasında ailə dağıntılarının rolu ilə bağlı belə deyir: Bu gün bəşəriyyət növbəti dəfə hiss edir ki, onun şəxsiyyəti divara çırpılmış yumurtanın qabığı tək xırdalanmışdır. Amma keçmişdəkindən fərqli olaraq (hazırkı günahı doğuran iqtisadi amillər yox, ailə dağıntılarıdır). Amma bizim cəmiyyətimizdə vəziyyət bir başqa cürdür. Nisbi də olsa, cəmiyyətimizdəki əxlaqi sağlamlıq ailə əsaslarının möhkəmliyinə və davamlılığına səbəb olmuşdur. Digər ölkələr, xüsusi ilə inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə boşanma faizi çox-çox aşağıdır. Bu rəqəm İslam hakimiyyəti dövründə əhəmiyyətli dərəcədə aşağı düşmüş, boşanma 20 faizdən 7 faizə enmişdir. Bu proses elə bir
zamanda baş verir ki, sənaye ölkələrində boşanma sayı, eləcə də, ailənin davam müddəti heyrətamiz sür`ətlə dəyişir. Məsələn, İsveçdə ailənin orta davam müddəti cəmi altı aydır! Ümumiyyətlə ailə qurmayanlar bə`zi qərb ölkələrində əhalinin 48 faizindən çoxunu təşkil edir. Müsəlman ölkəsində vəziyyət necədir? Müsəlman qadınların 99 faizindən çoxu ailə qurmaq istəyindədir. Qalan bir faiz isə ailə qurmaq
gücündə olmayan əlil, xəstə qadınlardan ibarətdir. Amma məsələn, İrlandiyada qadınların yalnız 54 faizi ərə getmək barədə düşünür. Uyğun sahədə rəqəmlər arasındakı nəzərəçarpan fərqin səbəbini öncə İslam cəmiyyəti ilə qərb cəmiyyətindəki e`tiqadi və əxlaqi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button