Bir neçə saniyə!
İncəsənətin xüsusiyyəti belədir; yaranış onun mahiyyətindən sayılır. İnsanın təşkil olunduğu və yarandığı elementlər də elədir ki, hətta elmin inkişafı ilə çətin ki tanınsın və nəhayət dərk olunsun. Bu o demək deyil ki, biz bu gün insan vücudunun sirrini dərk edə bilməyək. Bildiyiniz kimi, bəşər tükənməz varlıqdır, vücudunda da sonsuz sayda element işlənmişdir. Təxmini bənzətmə üçün bir tablonu misal çəkmək olar. İnsan mürəkkəb sənət növlərindən olan bir rəsm tablosuna diqqətlə baxdıqda onun yüzlərlə elementdən təşkil olunduğunu görür. Avam bir adamın gözü bu tabloya baxdıqda isə yalnız br tablo görür. Halbuki bu tablo bəsit deyil, çoxlu elementlərdən ibarətdir. Deməli, aləmlərin Rəbbinin böyük sənət əsəri olan insanın öz varlığı da belədir. Sizin vücudunuzda müxtəlif elementlər işlənərək yaranışın ən gözəl və ən yaxşı məxluqu vücuda gəlmişdir. İnsanın yarandığı və formalaşdığı elementlər arasında bəzilərinin yaratma və yaradıcılıq haləti vardır; incəsənət də onlardandır və bizim bildiyimiz qədərincə bəlkə də ən yaxşısı incəsənətdir. Deməli, incəsənətin yaradıcılıq xüsusiyyəti vardır. Hətta siz sənətin zahirən bir şeylə məşğul olduğunu gördükdə də əslində məşğul olmaq deyil, diqqətlə baxsanız, görərsiniz ki, sənət yaratmaqla məşğuldur. Məhz buna görə incəsənət qiymətli bir gövhərdir və sənət adamının həqiqi dəyəri vardır.