“İnna lillah və inna iləyhi raciun”. Mən böyük şəhid, dəyərli
mütəfəkkir, filosof və fəqih olan mərhum Hacı Şeyx Mürtəza Mütəhhərinin kədərli vəfatı münasibəti ilə İslama, dəyərli övliyalara, İslam ümmətinə və xüsusən də mübariz İran xalqına həm başsağlığı verir, həm də onları təbrik edirəm. Şərəfli və dəyərli ömrünü müqəddəs İslam məqsədlərinə həsr edən, təhriflərə qarşı amansız mübarizə aparan bir şəxsiyyətin, islamşünaslıqda, İslam və Quranın müxtəlif sahələrindəmisilsiz bir alimin şəhadəti münasibəti ilə başsağlığı verirəm. Mən çox əziz bir övladımı əldən verib, matəminə oturmuşam. Omənim ömrümün bəhrəsi olan şəxsiyyətlərdən idi. Bu səmərəli övladın və həmişəyaşar alimin şəhidliyi ilə əziz İslamda elə bir boşluq yarandı ki, yerini heç bir şey doldura bilməz.
