Uca Yaradanımız tərəfindən həzrət Muhəmməd Peyğəmbərə (s) göndərilmiş
İslam dini özündə etiqadlar, əxlaq, şəriət hökmləri və qayda-qanunları ehtiva
edir. İnsan gözəl həyat yaşayıb Allaha yaxınlaşmaq üçün məhz bunlara ehtiyac duyur. İslam təlimlərinin əsas mənbəyi Quran, həzrət Peyğəmbərin (s) və onun həqiqi davamçıları sayılan məsum İmamların (ə) sünnəsi və sağlam ağıla əsaslanır. Bunu nəzərə alaraq, İslam maarifini öyrənmək hər bir müsəlman üçün zəruridir. Əlinizdə olan bu kitabın hazırlanmasında başlıca məqsəd yeniyetmələrin müqəddəs İslam təlimləri əsasında ağıl, iman, elm, əməl və əxlaq baxımından düzgün şəkildə yetişdirilməsidir. Belə ki, bunun sayəsində onlar öz mövqelərini həm özlərinə, həm Allaha, həm bəndələrə, həm də yaradılışa qarşı düzgün şəkildə anlayıb cəmiyyətdə fərdi, o cümlədən ictimai mövqe nümayiş etdirməyi bacarsınlar. Uca Allahdan dini vəzifələrin yerinə yetirilməsində hamıya uğurlar arzu
edirəm.
Professor Ərafi
