VİLAYƏT BAĞÇASI 4-CÜ CİLD

Bismillahir-Rəhmanir-Rəhim.
Ən yaxşı peşə
Əgər indi mənim bir iş və peşə seçiminə imkanım olsaydı, seçəcəyim 2-3 işdən biri, heç şübhəsiz, sizin işiniz olardı: beyin və ruhlarında elm bəzəyi olan, gələcəkdə ölkənin, xalqın və hətta İslam və müsəlmanların işlərini idarə edəcək gənc nəsillə işləmək. Bu, çox əhəmiyyətli işdir. Mən də gənclikdə az-çox bu işlə məşğul olmuşam.
İnqilabdan öncə universitetdə təbliğat aparmağın şərtləri
Siz indi universitetə gedirsiniz, tələbələrlə görüşürsünüz, lakin o zaman bizim belə bir imkanımız yox idi. Biz ya məsciddə, ya da dərs keçdiyimiz başqa bir yerdə görüşə bilirdik. Onlar tələbə mühitini universitetdən həmin yerlərə gətirirdilər. Biz onlarla ünsiyyət qururduq, söhbət edirdik, danışırdıq, dinləyirdik. Maraqlıdır ki, bəzən onlardan öyrəndiklərimiz öyrətdiklərimizdən əhəmiyyətli olurdu.
Ruhanilərin universitetdə olmasının fəlsəfəsi
Siz bu istedadlı təbəqəni hidayət etməyə çalışın. Bizim varlığımızın fəlsəfəsi hidayət etməkdir. Qalanı söz, giriş, buna lazım olan işlər və çarəsiz qaldıqlarımızdır. Əsas məsələ doğru yola hidayət etməkdir.
Hidayətdə ilk addım
Düzdür, biz birinci özümüzü hidayət etməliyik. Biz bu aləmin daxilinə yol tapmalıyıq. Bizim kölgə kimi uzaqdan gördüyümüz Allah adamları, bəzi böyüklərin sözlərinə görə, aləmin daxilinə yol tapa bilmişlər. Bu dünya, bu möhtəşəm yaradılış – daş, torpaq, ağac, ət və dəri deyil, onun daxili, mənəvi adamlara məxsus ruhu, canı və məğzi var. Necə ki, mənim və sizin bu zahiri bədənimizdən əlavə bir batinimiz, qəlbimiz və
daxilimiz var. Kim bu aləmin daxilinə yol tapmaq və baca açmaq istəsə, birinci addım öz daxilinə yol tapmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button