ƏXLAQ VƏ MƏNƏVİYYAT

 

İmanın əlamətləri
İmanın əlamətləri günah etməmək, Allahdan qorxmaq, Allah bəndələri ilə
yaxşı davranmaq, Allah düşmənləri ilə düşmən olmaq, qardaşların kiçik
ixtilaflarına asanlıqla göz yummaq, düşmənlərlə isə zərrələri də hesablamaqdır.
Möminlərin qarşısında təvazökar olun, özünüzü kiçildin: “möminlərə qarşı
mülayim və təvazökar” Bu, bir-biri ilə kəllə-kəlləyə gəlməklə uyğun deyil. Bu,
məhəbbət, bağış və keçinməklə yaranır. İman məhəbbətlə birgə olmalıdır!
İman məhəbbətlə və dərin eşqlə birgə olmasa, lazımi təsir bağışlaya
bilməz. Əməl və fəaliyyət məqamında imana böyük təsir bəxs edən amil
məhəbbətdir. Məhəbbət olmadan hərəkatı inkişaf etdirmək olmaz. Məhəbbətin
ən üstün növü – yəni Əhli-beytə məhəbbət bizim ixtiyarımızdadır. Bu məhəbbətin zirvəsi Kərbəla və Aşura məsələsi, Allah adamlarının ozamankı fədakarlığının dəyərli yadigarlarını qorumaqdır. Bu, şiəliyin tarix və
mədəniyyəti üçün yadigar qalmışdır. Siz Allaha iman sayəsində qüdrətləndiniz! Allaha şükür olsun ki, böyük güclər və düşmənləriniz siz böyük, şücaətlivə mübariz xalqdan hələ də qorxurlar və qorxmalıdırlar da. Siz Allaha iman sayəsində belə qüdrətlənmişsiniz. Bu imanı gücləndirin, birliyinizi artırın və
nəyin bahasına olursa-olsun Allah düşməninin boyunduruğu altına girməyin. İslam uca və ucalıq bəxş edəndir; kim İslamla tanışdırsa, ucalıq ona məxsusdur. Xar olan şəxslər İslamdan uzaqlaşdıqlarına görə xar oldular. Özünüz İslamı qoruyun, imanınızı gücləndirin, İslam dəyərlərinin keşiyini çəkin, digər xalqları
da İslamla barışmağa və İslama qayıtmağa sövq edin. Bu zaman bütün şeytansifət güclərin əli üzüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button