Sual: Din nədir və dinə düzgün baxış hansıdır?
Cavab: Mənim əzizlərim! Bəzi adamlar bilmədən, bəziləri də bilərəkdən dini bir sıra qadağa və məhdudiyyətlər toplusu kimi
tanıtdırırlar. Din budur?! Bu, hər hansı dinə, xüsusən də İslam dininə insafsız və avamcasına yanaşmadır. Aydın etiqad, imandan irəli gələn təravət, əqidədən doğan hərəkət, dünyada hər şeyə dair aydın və şəffaf görüş və ağıl – dinin təməli bunlardır. Din birinci növbədə bir etiqad və dərkdir; bu dünyaya, insana, vəzifəyə, yola və məqsədə dair dərk. Bu düşüncələrin məcmusu dinin əsasını təşkil edir. Din insanı dünyanın əsas fiquru sayır, kainatı Allahın qüdrətinin, lütf və mərhəmətinin tərənnümü bilir, onun yaranmasında və nəhəng varlıq aləminin ərsəyə gəlməsində Allahın qüdrət və xilqət əlini yeganə amil hesab edir. Elm nə qədər inkişaf etsə, imanın təməlləri bir o qədər möhkəmlənər. Sizin bir qədər torpağa, yaxud bir daş parçasına bəsit bir
əşya kimi baxıb “bunu Allah yaratmışdır” – dediyiniz zaman bir növ imanınız var, bu əşyada olan bütün molekulları, bütün zərrəcikləri, atomları, onun nizam-intizamını, hərəkətini, mürəkkəb quruluşunu, təsir və xüsusiyyətlərini öyrənərək “Allah bunun yaradanıdır” – dediyinizdə isə başqa bir növ.
