Bir göyçək, balaca qız var idi. Qızın adı olsa da, başına həmişə qırmızı papaq qoyduğundan, ona “Qırmızıpapaq” deyərdilər. Qırmızıpapaq
həmişə bağa gələr, ağacdan alma dərib yeyər, kölgəsində oturub nağıl oxuyardı. Belə belə o, ağacdakı bütün almaları yeyib qurtardı, birindən başqa. O bir alma elə hündürdə idi, əli çatmadı. Amma elə qırmızı yanaq, elə gözəl idi, Qırmızıpapaq ona baxdı, ağzı sulandı. Ağaca çıxdı dərsin, yenə əli çatmadı.
