PEYĞƏMBƏRİN (S) HAQQ CANİŞİNİ

On üç il ardı-arası kəsilməyən əzab-əziyyət və işgəncələrdən sonra İslam Peyğəmbəri (s) Yəsrib (Mədinə) şəhərinə daxil olub şəhər əhalisi arasında qardaşlıq əhdi bağladıqda, bu sevincin nə qədər davam edəcəyindən heç kimin xəbəri yox idi. Peyğəmbər (s) bu şəhərə daxil olduqda, ilk növbədə Ovs və Xəzrəc tayfaları arasında uzun illərdən bəri davam edən münaqişəni həll etdi. Bu hadisədən sonra camaatda İslam dininə və Peyğəmbərə iman gətirməyə rəğbət günü-gündən artırdı. Şübhəsiz, əgər müsəlmanların arasında olan o vəhdət və birlik Peyğəmbər (s)-in vəfatından sonra da davam etsəydi, İslam dini tez bir zamanda bütün yer üzünü fəth edərdi, müsəlmanlar da indiyə qədər bunun bərəkətindən istifadə edə bilərdilər. Amma çox təəssüflər olsun ki, Peyğəmbər (s)-in vəfatından sonra müəyyən hadisələr bu birliyi və İslam tarixini öz təbii axarla-rından tamamilə dəyişdirdi, müsəlmanlar arasında dərin ixtilaflara səbəb oldu. Belə ki, bu dəhşətli hadisələr 14 əsrdir ki, müsəlman-ları həqiqi İslam nurundan məhrum etmişdir. Bu qaranlıq bir mühitdə hər kəs məcburiyyət qarşısında qalaraq özünə müəyyən bir yol seçib və özünün doğru və haqq yolda olduğunu güman edir. Ancaq görəsən bütün bu yollar Peyğəmbər (s)-in öz sağlığında bəyan etdiyi yoldur, yoxsa insanları azğınlığa aparır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button