MƏHƏMMƏD (s) ƏXLAQI

Bir neçə saniyə!
Bu gün İslam ümməti və bizim xalqımız özünün əzəmətli Peyğəmbərinə (s) həmişəkindən daha çox ehtiyaclıdır; onun hidayətinə, onun müjdə verməsinə və qorxutmasına, onun sözünə və mənəviyyatına və onun insanlara dərs və təlimlə göstərdiyi mərhəmətə ehtiyaclıdır. Bu gün İslam Peyğəmbərinin (s) öz ümmətinə və bütün bəşəriyyətə dərsi alim və güclü olmaq dərsi, əxlaq və ucalıq dərsi, mərhəmət dərsi, cihad, izzət və müqavimət dərsidir. Bizim xalqımız Peyğəmbərin (s) dərslərini nəzərdən keçirməli və onları özünün həyat dərslərinə və cari proqramlarına
çevirməlidir. Bizim xalqımız Peyğəmbər (s) məktəbinin şagirdliyi və Peyğəmbər (s) dərsi ilə fəxr edir… Biz Peyğəmbərin (s) əxlaq dərsini, əzəmətli Peyğəmbərin (s) izzət dərsini, onun bizə öyrətdiyi və bizim həyat
dərslərimizdən olan elm öyrənmək dərsini, mərhəmət, ucalıq və birlik dərsini öz həyatımızın proqramlarına salmalıyıq. Bizim müsəlman cəmiyyətimiz o zaman sözün həqiqi mənasında kamil müsəlman cəmiyyəti olar ki, özünü Peyğəmbərin (s) rəftarı ilə uyğunlaşdırsın. Əgər o həzrətin rəftarına yüz faiz uyğun olmasa da – təbii ki, uyğun deyil – ən azı ona bənzəsin. Əziz Peyğəmbərin (s) həyat axınının əksi bizim həyatımıza hakim olmasın; o xətdə hərəkət edək.

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button