VƏHHABİ ƏQİDƏSİ 2-Cİ CİLD

QƏBİRLƏRƏ TƏBƏRRÜK ETMƏK
İbn Teymiyyə və ardıcılları qəbirlərə təbərrük etməyi, qəbrə sürtünməyi, onu öpməyi haram hesab edir və müsəlmanları Allaha şərik qoşmaqda, kafirlikdə ittiham edirlər. Onlar, müsəlmanları “qəbrə ibadət edənlər” adlandırır və onların bu kimi
əməllərini cahiliyyət dövründə yaşayan insanların bütə sitayişi ilə müqayisə edirlər. Onların ittihamlarını rədd edərək bildiririk:
Birincisi, qəbirlərə təbərrük etmək, onları öpmək haqqında açıq-aşkar dəlil (ayə və rəvayət) olmasa belə bu əməl şəri (dini) baxımdan böyük əhəmiyyətə malikdir. Çünki bu, bir növ ilahi
nişanələri, əlamət və abidələri yaşatmaq, onlara hörmət bəsləməkdir. Peyğəmbərlər böyük hörmət
və yüksək məqama malikdirlər. Təbii ki, bu hörmət və məqam onların vəfatı ilə öz əhəmiyyətini itirmir.
İmam Malik1, Mənsura deyir: “Peyğəmbərlər (s) dünyadan köçdükdən sonra onlara göstərilən hörmət, hələ dünyada ikən göstərilən hörmət kimidir”. Deməli, Peyğəmbərin (s) və əməlisalehlərin hörməti, onların dünyadan köçməsi ilə öz əhəmiyyətini itirmir və daim vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button