Əziz İslam şəhidi Hacı Qasim Süleymani 1957-ci ilin mart ayının 11-də Kerman vilayətinin Rabor rayonunun Qənat Məlik kəndində dindar bir əkinçi
ailəsində dünyaya göz açmışdır. Valideynləri Süleymani qəbiləsindəndir. Babaları Nadir şah Əfşarın Əfqanıstan və Hindistana qoşun yeritdiyi
zaman ona köməyə getmiş, döyüşdən qayıdanda indiki yerlərində sakin olmuşlar. Atası Həsən Süleymani heç zaman süfrəsinə şübhəli tikə qoymayıb. Onun Qasimdən başqa iki oğlu və iki qızı da vardır. Qasim ibtidai təhsilini Qənat Məlik kəndində başa vurmuş, kəndin digər oğlanları kimi təhsillə yanaşı əkinçilik və maldarlıqda atasına kömək etmişdir. Boş vaxtlarında idmanla məşğul olardı və Ayətullah Xomeyninin ardıcıllarından olan Höccətül-islam Kamyab adlı təbliğatçısının xütbələrinə qatılardı. O, təxminən bütün inqilab hadisələrində, o cümlədən, şahın heykəllərinin aşırılmasında fəal iştirak etmişdi. Kerman inqilabçılarının bir polis bölməsinə hücumuna da qatılmış, oradan bir kolt tapançası götürüb şəhadətinə qədər saxlamışdı. İnqilabdan sonra Kazimi dördyolunda müxtəlif qruplaşmalarla, münafiqlərə, xalq fədailərinə və digər təşkilatlara bağlı qüvvələrlə Kerman inqilabçıları arasında baş verən toqquşmalarda inqilab fəallarının dillər əzbəri olmuşdur. İnqilabdan sonra su idarəsində işləməklə bərabər, inqilabçı gənclərlə birlikdə məhəllələri
qoruyur, gecələr patrul çıxırdı. Qasim Süleymani İslam İnqilabının Keşikçiləri Korpusu və onun Kerman şöbəsi yaranandan sonra 1979-cu ilin yayında orada könüllü fəaliyyətə başladı və həmin ərəfədə 14 noyabr 1979-cu ildə dindar bir ailədən olan xanımla nişanlandı. Bir ilə yaxın könüllü əməkdaşlıqdan sonra 1980-cı ilin avqust ayında rəsmi üzv kimi Kerman korpusuna qəbul olundu, bir neçə gündən sonra pasdar təlimində iştirak etdi. Təlimlər 22 sentyabr 1980-cı ildə bitdi və İraqın keçmiş Bəəs rejiminin elə həmin tarixdə İrana hücumuyla Qasim Süleymaninin həyatında yeni dönəm başladı.