Şəhid Məhəmməd Camalinin həyat yoldaşı ilə 2018-ci ilin yanvarında görüşdüm Həmin günlər Dəməşq xanımı həzrət Zeynəbin (ə) doğum gününə təsadüf edirdi. Təsadüfən, Bəni-Haşim müdriki olan xanımın vəfat günündə də təkmilləşdirici müsahibə üçün Kirmanın Babək rayonuna gedib şəhidin anası ilə görüşdüm. Bu söhbətlər təxminən on dörd saat çəkdi və nəticədə qarşınızdakı kitab ərsəyə gəldi. Müəyyən çatışmazlıqlara görə istədiyim məlumatları əldə edə bilmədim. Bəzi dostlar da yetərincə əməkdaşlıq etmədilər. Habelə şəhid barədə bəzi sənədlərin yalnız bir hissəsi mənə çatdı
