Qanın xəncərə qalib gəlməsinə dair bəyanat
Mübarizə dövründə onun istifadə etdiyi bütün üsullar yeni idi.
Digərləri və hətta dostları da bu yenilikləri məqbul saymırdılar. Siz son bir il ərzində onların hamısının yeni olduğunu və düz hədəfə dəydiyini gördünüz. Onların biri də hədəfdən yayınmadı. Halbuki çox zaman irad bildirir və etiraz edirdilər. Qanın xəncərə qalib gəlməsinə dair bəyanat verəndə onun Tehran və Qumdakı yaxın dostları fikirləşdilər ki, görəsən bu məsləhətdir, yaxşı və düzgündür? İmam isə dağ kimi möhkəm dayandı və qanın xəncərə qalib gəldiyini gördünüz. O, Fransaya gedəndə hamı təəccübləndi, heç kəs bunu gözləmirdi. İrana qayıtmaq qərarına gələndə də hamı nigaran idi… Mən bundan fərqli düşünəni görmədim. Kiminlə rastlaşdıqsa, gördük belədir. Bu böyük insanın, bu böyük rəhbərin həssas zamanlarda vurduğu zərbələrin, istifadə etdiyi taktika və üsulların hamısı dəqiq idi. Mübarizənin aqibəti və zaman bunu sübut etdi.
İslam Respublikası partiyasının daxili siyasəti haqda çıxışdan:
1979.
