MİSTER HEMFERİN XATİRƏLƏRİ (İNGİLİS CASUSUNUN ETİRAFLARI)

MÜQƏDDİMƏ
Əziz oxucular! Qarşınızda olan bu kitab, vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin xatirələridir. Bu mənfur xristian casusunun öz e`tiraflarından mə`lum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam
ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyriinsani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək olar:
Müsəlman cəmiyyətində mövcud olan müsbət və mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə
çatdırmaq; Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün münasib məkan, zaman və şəraitlərin öyrənilməsi; Mə`nəvi cəhətdən zəif olan müsəlman dövlət mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək; Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların tə`lim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək; Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində kəskin qarşıdurmalar yaratmaq; Vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi e`tiraz yaratmaq; Hər yerdə dinşünas, islamşünas, şərqşünas və s. adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti onlara doğru yönəltmək və müsəlmanların öz dini mə`lumatlarını məhz onlardan əxz etməsinə şərait yaratmaq; Dinin həqiqi və əsas e`tiqadlarını təhrif edərək, azğın fikirlər və batil əqidələr yaratmaq; Dini ayinlərin həqiqi mahiyyətini dəyişmək, müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata dini rəng verməklə xalq arasında yaymaq; İslahat, tərəqqi və müasirlik iddiaları ilə müsəlmanların mədəniyyət, mə`nəviyyat, tarix və gələcəyini məhv etmək. Mister Hemferin xristian və yəhudi dünyasına göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni Vəhhabi məzhəbini tə`sis etməsini misal göstərmək kifayət edər.
Bu barədə ətraflı mə`lumatı kitabın Məhəmməd Nəcdi ilə bağlı fəslində oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button