MOLLA SƏDRA VƏ MƏHDƏVİYYAT

Bu məqalədə Molla Sədranın məhdəviyyətlə bağlı ümumi görüşlərinə işarə
edəcək, ondan öncəki, həmçinin müasiri olmuş filosof və mütəkəllimlərin nəzərləri ilə müqayisə edəcəyik. İmam Mehdinin (ə.f) varlığı və axırəz-zamandakı zühuruna etiqadın kökü Peyğəmbər (ə) və imamlardan (ə) nəql olunmuş hədislərə dayanır. Lakin İslam elmləri tarixinə ümumi baxış keçirdikdə məhdəviyyətin təkcə mühəddislərin deyil, mütəkəllimlərin, filosofların və ariflərin də öz əsərlərində toxunduqları, araşdırıb təhlil
etdikləri mövzulardan biri olduğu məlum olur. Onların bu barədə təhlillərini,
araşdırmalarını və nəzərlərini gözdən keçirdikdə məlum olur ki, bu nəzərlər hər bir zamanda imamın varlığının zəruriliyi məsələsində müştərəkdirlər. Onların məhdəviyyət mövzusunun araşdırılması və müdafiəsində istifadə etdiyi arqumentlər də məhz elə bu müştərək nəzərlərə əsaslanır. Ona görə də İslam filosoflarının məhdəviyyət barədə baxışlarını araşdırmazdan öncə onların hər bir zamanda imamın varlığını zəruri hesab edən arqumentlərini araşdırmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button