AŞURA DƏRSLƏRİ 1-Cİ CİLD

Əbu Hüreyrə Ümmi Sələmədən belə rəvayət nəql edərək deyir:
– Bir dəstə insan əyləşib Peyğəmbər(s) və Əhli-beyti(ə) barədə söhbət edərkən, bir dəstə mələk də gəlib onların ətrafında əyləşər. Söhbət edib qurtarandan sonra hərə öz evinə dağılışır. Mələklər də öz yerlərinə (ərşə) qayıdarlar. Ərşdə olan mələklər onlardan soruşar: “Sizdən necə də gözəl ətir iyi gəlir. Haradan gəlirsiz belə?” Onlar cavab verirlər: Yerdə Peyğəmbərin(s) ümmət-indən bir neçə nəfər yığışıb onun və Əhli-beytinin(ə) barəsində söhbət edirdilər. Biz də onların kənarında əyləşdiyimizə
görə Allah bizi də belə ətirli etmişdir. Bizdən gələn həmin gözəl iy onların ətirlərinin iyidir. Ərşdə olan mələklər onlara deyərlər, bizi də aparın, gedib həmin şəxsləri ziyarət edək və onların ətirli iyləri ilə özümüzü müəttər edək. Həmin mələklər deyər: Onlar dağılışıb öz evlərinə getdilər. Onlar deyərlər, elə isə bizi də aparın gedib onların əyləşdiyi yerləri ziyarət edək. Həmin mələklər onları yer üzünə gətirər və oranı ziyarət edib ətirlənəndən sonra yenidən ərşə qayıdarlar.
Bu rəvayəti şair nəzmə çəkərək deyir:
Bequ Hüseyn, ke busəd Mələk dəhane tora,
Mələk dəhane to busəd, fələk zəbane tora.
Məkan begir bekonci, bequ Hüseyno benaz,
Ke Cəbrəil ziyarət konəd məkane tora.
– Hüseynin adını zikr et ki, mələklər ağzından öpsun. Mələk ağzından, fələk dilindən öpsün. Bir küncdə əyləş, Hüseyni çağır və sevin, Cəbrayıl sənin əyləşdiyin yeri ziyarət etsin. Bir rəvayəti də Cabir ibn Abdulla Ənsaridən nəzərinizə yetirirəm. O, bu hədisi Həzrət Fatimeyi Zəhradan(s.ə) nəql edir. Cabir ibn Abdulla Ənsari Peyğəmbərin(s) səhabələrindən biri idi. O, İmam Baqirin(ə) zamanına qədər yaşamışdır. İmam Hüseyn(ə) şəhid olandan sonra birinci şəxs idi ki, Kərbəlada Fəratın suyu ilə qüsl edib, şagirdi Ətiyyə ilə İmam Hüseynin(ə) mübarək qəbrini ziyarət etmişdi. İmam Hüseyn(ə) şəhid olandan sonra o Həzrətin ilk zəvvarı Cabir olmuşdu. Onun atası Abdulla idi. Abdulla Peyğəmbərin(s) məhzərində, döyüşlərin
birində şəhid oldu. O, şəhid olandan sonra onun ruhu şəhidlərin ruhuna qovuşub cənnətdəki məqamına nail oldu. Abdulla orada Allahdan bir arzu dilədi. Dedi: İlahi, məni dünyaya qaytar, gedim Peyğəmbərin(s) məhzərində bir də şəhid olum. Istəyirəm bir daha şəhadət feyzinə nail olum. Allah-təala ona xitab edərək bildirdi ki, əgər bir insan dünyasını dəyişərsə, onu bir daha dünyaya qaytarmaram. Məndən başqa bir şey dilə. Cabir dedi: İlahi, onda mənim buradakı məqamımı və naz-nemətin mənə aid olduğunu ailəmə və mənim barəmdə narahat olanlara çatdır. Qoy onlar bilsinlər ki, mən burada hansı cah-cəlalın içindəyəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button