AŞURANIN DEYİLMƏYƏN HƏQİQƏTLƏRİ

Ümumən bəşər tarixində və xüsusən İslam tarixində dərin iz buraxmış və baş versməsindən sonra əsrlərlə müxtəlif cəmiyyətlərdə milyonlarla insanı öz təsiri altında saxlamış olan Aşura hadisəsi daim müxtəlif araşdırmaçılar tərəfindən müzakirə edilmiş, hadisənin baş vermə səbəbləri, gedişatı və özündən sonra qoyduğu təsirlər istər dost, istərsə də düşmən tərəfindən geniş araşdırılmış və bu barədə müxtəlif fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. Dünyanın ən böyük dinlərindən biri olan İslam dinini bəşəriyyətə təqdim etmiş Həzrət Muhəmməd peyğəmbərin bu dünyanı tərk etməsindən cəmi əlli il sonra onun əziz nəvəsi İmam Hüseynin azsaylı tərəfdaşları ilə birgə adlarını müsəlman qoymuş böyük bir dəstə tərəfindən vəhşicəsinə qətlə yetirilməsi istər-istəməz bu hadisəyə diqqətləri cəlb etməli idi. Axı burada şəhid edilmiş şəxs müqəddəs Qurani-Kərimdə Allah təalanın öz elçisi həzrət Muhəmmədə xitab edərək buyurduğu “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlarıma (Əhli-Beytimə) məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm”1 – ayəsində müsəlmanların məhəbbət bəsləməli olduqları şəxslərdən biridir. Həmçinin
bu şəxs Peyğəmbərin  “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevən şəxsi sevir” hədisindəki şəxsdir. Bəs necə oldu ki, müsəlmanlar öz Peyğəmbərinin  əziz nəvəsini qətlə yetirdilər? Bu dəhşətli cinayəti kimlər təşkil etmişdi? Bu hadisənin meydana gəlməsi hansı şəraitdə baş vermişdi? Bu qanlı cinayətdə İmam Hüseynin tərəfdarları olan Kufə şiələri iştirak etmişdilərmi? Eləcə də digər bu kimi suallar tarixboyu müzakirə edilmişdir. Bəzən müxtəlif şəxs və cərəyanlar bu cür suallarla, həmçinin bu suallara verilən cavablarda təhrif edilmiş məlumatlardan istifadə etməklə əzəmətli Aşura hadisəsinə, İmam Hüseynin  hədəflərinə, onun insanlığa və bəşəriyyətə çatdırmaq istədiyi mesajlara kölgə salmaq istəmişlər. Bu məqsədlərinə çatmaq üçün tarixi faktları təhrif etməkdən, tarixi gerçəkliyi aydın olan məsələləri inkar
etməkdən, din adı altında zehinləri qarışdırmaq üçün müxtəlif bəhanələrdən belə istifadə etmişlər. Lakin onlar bütün bunları edərkən Allah təalanın bu sözünü unutmuşlar: “Onlar Allahın nurunu öz ağızları (öz iftiraları və batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır”. Ayədə də qeyd olunduğu kimi Allah təala öz nurunu nə olursa olsun, tamamlayacaq, yəni dinini qoruyacaq. Bu həm Allahın yer üzərindəki höccətinin zahir olduğu dövrə, həm
də Allahın höccətinin qeybdə olduğu dövrə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button