Bu kitabdakı növhə, mərsiyə və mədhiyyələr, habelə, Əhli-beyt (əleyhimüssalam)-ın fəzilətinə dəlalət edən hədislər müxtəlif kitablardan–təqribən iyirmiyə yaxın–və məşhur rövzəxanların lent yazılarından seçilmişdir.
Bunları yazmaqda məqsədimiz Peyğəmbər (səlləllahu əleyhi və alihi və
səlləm) Əhli-beytinə qarşı rəva görülən zülmlərin, kinələrin tanıtdırılmasında
xalqımıza azacıq da olsa, agahlıq verməkdir. İlahi insanların həyatları da, şəhadətləri də insanlara yol göstərir. Onların şəhadət tarixini yad etməklə, onlara ağlamaqla getdikləri yolu davam etdirmək ruhu hər bir azadlıqsevər insana yeni ruh verir, zülmə, zülmkarlara və qəsbkarlara qarşı mübarizə ruhunu xatirələrdə canlandırır.